"Nissan" avtomobil şirkəti Ukrayna ilə müharibə başlayandan sonra Rusiyada istehsal fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, son açıqlama ilə "Nissan" Rusiyadan tamamilə çəkilmək qərarına gəlib.
Yaponiyanın avtomobil istehsalçısı "Nissan" Motor Rusiyadakı fəaliyyətini yerli tərəfdaşına keçirəcəyini və Rusiya istehsal bazarından çıxacağını açıqlayıb.
“Biz bazarda fəaliyyətimizi davam etdirə bilmədiyimiz məqamda insanlarımızı dəstəkləmək üçün mümkün olan ən yaxşı həll yolunu tapdıq” deyə, "Nissan"ın baş direktoru Makoto Uçida bildirib.
Qeyd edək ki, şirkət Rusiya-Ukrayna müharibəsi başlayandan sonra mart ayında Rusiyada istehsalını dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB