Fransada yayılan tətil dalğasının öhdəsindən gələ bilməyən hökumət gözlənilməz addım ataraq məcburi əmək prinsipini qəbul edib. SİA xəbər verir ki, buna uyğun olaraq, Fransa hökuməti işçilərin işə qayıtmadıqları təqdirdə cərimə və ya həbs ediləcəyini açıqlayıb.
Fransada neft şirkətləri "Total Energies" və "Esso-ExxonMobil" işçilərinin tətilləri ilə sosial böhrana çevrilən tətildə hökumət işdən çıxanların bir qisminin geri qaytarılmasını ehtiva edən "məcburi işə götürmə" prosedurunun tətbiqinə göstəriş verib. Milli Məclisdə çıxış edən Baş nazir Elizabet Borne dünən "Esso-Exxonmobil" ilə iki həmkarlar ittifaqı arasında imzalanan müqaviləyə toxunub və buna baxmayaraq, bəzi həmkarlar ittifaqlarının tətili davam etdirmək istədiyini bildirib. Borne qeyd edib ki, o, müvafiq yerlərdə qubernatorlara "Esso-Exxonmobil"in anbarlarını idarə etmək üçün lazım olan işçilərin məcburi əməyini əhatə edən prosedura başlamaq üçün göstəriş verib. Bu prosedura əsasən, işçilər "dövlət xidmətinin davamlılığını və ya cəmiyyətin ehtiyaclarını ciddi şəkildə pozan tətil halında" işə qayıtmağa məcbur edilə bilər. Buna qarşı çıxan işçilər 6 aya qədər həbs və 10 min avro cərimələnə bilər.
Tətillərin yayılmasından sonra ölkədəki yanacaqdoldurma məntəqələrinin əhəmiyyətli bir hissəsində yanacaq qıtlığı yaranıb. Bir çox yerdə uzun benzin növbələri yaranıb. Hökumət həmkarlar ittifaqlarını şirkətlərlə güzəştə getməyə çağırıb, əks təqdirdə sanksiyalarla hədələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB