Fransa Şərqi Avropa ölkələrinə qoşun, tank və zirehli texnika göndərəcəyini açıqlayıb. SİA xəbər verir ki, bildirilib ki, Fransa NATO-dakı hərbi mövcudluğunu gücləndirmək üçün Avropanın şərq cinahında yerləşən ölkələrə hərbi birləşmələrlə tank və zirehli texnika göndərəcək.
Senatın Xarici Əlaqələr Komitəsində çıxış edən Fransanın müdafiə naziri Sebastien Lekornu bəyan edib ki, prezident Emmanuel Makron NATO-nun şərq cinahındakı vəziyyəti və Ukraynadakı münaqişənin şiddətini nəzərə alaraq, Rumıniyaya zirehli texnika və “Leclerc” tipli tanklar yerləşdirmək qərarına gəlib. Lekornu bildirib ki, ölkəsi həmçinin Litvaya "Rafale" döyüş təyyarələrini, Estoniyaya isə piyada bölmələrini yerləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB