Konqoda gəminin batması 40 nəfərin həyatına son qoydu

Konqoda gəminin batması 40 nəfərin həyatına son qoydu

Konqo Demokratik Respublikasının şimal-qərbində Konqo çayında sərnişin və yük daşıyan gəminin batması nəticəsində 40 nəfər həlak olub. SİA xəbər verir ki, çoxlu sərnişini olan gəmi Konqo çayının Seclin Vendji sahilində naməlum səbəbdən batıb.

Qəzada 40 adamın həyatını itirdiyi, çox sayda itkin düşən sərnişin və ekipajın axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə