Moldova da səfərbərlik elan edir?

Moldova da səfərbərlik elan edir?

Moldovanın müdafiə naziri Anatoli Nosatıy mümkün risklər yaranarsa, ölkədə qismən səfərbərlik elan olunacağını bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə PRO telekanalının efirində bildirib.

“...Ətraflı təhlil lazımdır və həqiqətən zəruri olarsa, silahlı qüvvələrin təhdidlərə cavab vermək qabiliyyətini hazırlamaq və artırmaq üçün qismən səfərbərlik həyata keçiriləcək”, - deyə o bildirib.

Daha əvvəl Nosatıy ölkənin hava hücumundan müdafiəsi bazar ertəsi, oktyabrın 10-da Ukrayna ərazisində kritik infrastruktur obyektlərini vuran Rusiya raketlərinin uçuşunu müşahidə edib, lakin onların hədəflərinin ölkə hüdudlarından kənarda olduğunu dərhal anladığını bildirib.

O, əlavə edib ki, Moldova “Ukrayna xalqının cəsarəti və fədakarlığı sayəsində” Rusiyanın xüsusi hərbi əməliyyatının “obyekti deyil”.

Nosatıy qeyd edib ki, respublika Rusiyanın Ukraynaya raket hücumları fonunda öz hava məkanını bağlamağı planlaşdırır. Onun sözlərinə görə, raketlər Qara dənizdən buraxıldığı üçün Moldovanın hava məkanını keçə bilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə