"Rusiya İrandan 2400 PUA sifariş verib" - ZELENSKİ

"Rusiya İrandan 2400 PUA sifariş verib" - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya, ABŞ, Fransa, Böyük Britaniya, Kanada, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammitində onlayn olaraq iştirak edib. SİA xəbər verir ki, iclasda üzv ölkələrin liderlərinə xitab edən Zelenski Rusiyanın 2 gündür Ukrayna şəhərlərinə intensiv raket hücumları həyata keçirdiyini xatırladaraq, "Ukrayna 2 gündür Rusiyanın nəhəng raketləri ilə zədələnib. Dünən bu gün 84 Rusiya raketi buraxılıb. Rusiya xaos yaratmaq istəyir".

"Mən ABŞ-a və şəxsən prezident Baydenə müasir raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək qərarına görə təşəkkür edirəm. Bəzi Rusiya raketlərini və pilotsuz təyyarələrini zərərsizləşdirməyə imkan verən hava hücumundan müdafiə sistemimizi qorumaqda bizə artıq kömək edən hər kəsə təşəkkür etmək istərdim. Amma kəşfiyyatımıza görə, İrandan 2400 pilotsuz uçuş təyyarəsi sifariş olunub. Bu faizlə təmin edilən hava hücumundan müdafiə və raket əleyhinə sistemlər üçün kifayət qədər raketlərimizin olması və bu sistemlərin müdafiə sistemimizlə inteqrasiyası vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə