Rusiya NATO ilə döyüşür?

Medvedev deyib ki, Stoltenberq “böyük ağıldan deyil, ürəkdən” NATO-nun Rusiyaya qarşı müharibədə iştirakını təsdiqləyib.

Beləliklə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın Ukraynadakı münaqişədə qələbəsinin Şimali Atlantika Alyansının məğlubiyyəti olacağı barədə bəyanatını şərh edib.

"NATO baş katibinin Rusiyanın qələbəsinin Şimali Atlantika Alyansının məğlubiyyəti demək olduğu tezisi blokun ölkəmizə qarşı müharibədə iştirakının birbaşa təsdiqidir", - Medvedev Telegram-da yazıb.

Bundan əvvəl Stoltenberq mətbuat konfransı zamanı Rusiyanın Ukraynadakı münaqişədə qələbəsinin NATO üçün məğlubiyyət olacağını bildirmişdi.

Öz növbəsində, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Şimali Atlantika Alyansına öz planına nail olmaq - Rusiyanı məğlub etmək və ya ən azı zəiflətmək üçün yalnız münaqişənin gərginləşməsi lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə