ABŞ Ukraynada Rusiya ilə mümkün hərbi münaqişədən danışıb

ABŞ Ukraynada Rusiya ilə mümkün hərbi münaqişədən danışıb

ABŞ Ukraynada Rusiya ilə mümkün hərbi münaqişənin eskalasiyasını istəmir və öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Baydenin müşaviri və ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz Rusiya ilə münaqişəyə can atmırıq və prezident Cozef Bayden bunu çox açıq şəkildə ifadə edib. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib. Heç kim bu münaqişənin nüvə ölçüsünə keçməsini istəmir və biz bunun üçün heç bir səbəb görmürük”, - deyən Kirbi ABŞ-ın Kiyevi dəstəkləmək üçün qoşun göndərmək niyyətində olmadığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə