Rusiya hərbi nüvə texnologiyalarının yayılmamasına sadiq qalır. Bunu Rusiya prezidenti Vladimir Putin MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi bütün ölkələrin dinc atomun faydalarına bərabər çıxış imkanına malik olduğunu, eyni zamanda hərbi nüvə texnologiyalarının yayılmasının məhdudlaşdırılmasını müdafiə edib.
Putin həmçinin nüvə enerjisi ilə bağlı məsələləri siyasiləşdirməkdən çəkinməyə çağırıb və Zaporojye atom elektrik stansiyası ilə bağlı vəziyyəti müzakirə etməyi təklif edib, Moskvanın bütün məsələlərin həllinə açıq olduğunu qeyd edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sentyabrda MAQATE-nin missiyası Zaporojye AES-də olublar. Daha sonra beynəlxalq təşkilatın iki əməkdaşı daimi olaraq AES-də qalıb. Missiyanın səfəri nəticəsində təşkilatın Zaporojye AES-nin atəşə tutulması faktını təsdiq etdiyi hesabat dərc edilib. Sənəddə dəqiq kimin çəkdiyi göstərilmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB