Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Ukrayna limanlarından taxıl daşıyan 8 gəminin dә yola düşdüyü bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyinin rәsmi internet sәhifәsindә verilәn bәyanatda bildirilib.

Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Ukraynadan taxıl daşıyan 8 gәmi dә yola düşüb’’.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutub. Mәrasimdә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.

Qeyd edәk ki, iyulun 27-dә Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə