Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı ölkəsinin Belarusla sərhədində beynəlxalq müşahidəçilər missiyası yerləşdirməyi təklif edib və “G7” ölkələrinin liderlərindən bu ideyanı dəstəkləmələrini istəyib. SİA bu barədə rus saytlarına istinad edir.
“Ukrayna Belarusa qarşı hərbi tədbirlər planlaşdırmayıb və planlaşdırmır”, - deyə Zelenski çərşənbə axşamı G7 liderlərinin onlayn görüşünün iştirakçılarına videobağlantı vasitəsilə danışarkən bildirib. “Belarus Prezidenti Aleksandr Lukaşenkonun dilindən eşidilən rəvayətləri tamamilə silmək üçün, hətta bizdən gələn hər hansı təhlükə ehtimalını belə aradan qaldırmaq üçün biz öz həllimizi təklif edirik. Təhlükəsizlik vəziyyətinə nəzarət etmək üçün Ukrayna və Belarus sərhədində beynəlxalq müşahidəçilər missiyası yerləşdirilə bilər. Format bizim diplomatlar tərəfindən hazırlana bilər. Sizdən G7 səviyyəsində təşəbbüsümüzü dəstəkləməyinizi xahiş edirəm”, - Zelenski bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenko bazar ertəsi bildirib ki, bir gün əvvəl qeyri-rəsmi kanallar vasitəsilə Minskə Ukrayna ərazisindən Belarusa mümkün zərbə ilə bağlı xəbərdarlıq edilib.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç çərşənbə axşamı Ukrayna tərəfinin ölkədən qaçan belaruslu müxalifətçilərdən ibarət silahlı birləşmələrdən istifadə edərək respublikaya zərbələr endirməyə çalışdığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB