Nigeriyada 31 silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyada 31 silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyanın Kaduna əyalətində həyata keçirilən hava əməliyyatı nəticəsində 31 silahlı zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, ordu Kaduna əyalətinin Giva bölgəsində silahlı dəstələrin keçirdiyi toplantı zamanı hava əməliyyatı həyata keçirib.
Əməliyyat nəticəsində silahlı dəstənin başçısı Əli Doqo da daxil olmaqla 31 dəstə üzvü öldürülüb.
Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet ordunun uğurlu hava əməliyyatı həyata keçirdiyini bildirib.
Qabkvet ölkədəki hava və quru qüvvələrinin, eləcə də digər təhlükəsizlik qüvvələrinin silahlı dəstə üzvlərinə qarşı əməliyyatları davam etdirmək məsələsində qətiyyətli olduğunu vurğulayıb.
Ötən il Kaduna əyalətində silahlıların törətdiyi hücumlar nəticəsində 937 nəfər həlak olub, 1972 nəfər qagirov götürülüb.
Məlumata görə, son zamanlar silahlı şəxslərin motosikletlerlə hücumlar etməsi səbəbindən bəzi əyalətlərdə bu nəqliyyat vasitəsindən istifadə qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə