Almaniya ilk IRIS-T SLM-i Ukraynaya verdi

Almaniya ilk IRIS-T SLM-i Ukraynaya verdi

Almaniya Berlinin vəd etdiyi dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemindən birincisini Ukraynaya təhvil verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı “Der Spiegel” jurnalı xəbər yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, transfer çərşənbə axşamı Polşa-Ukrayna sərhədi yaxınlığında baş tutub. Almaniya kansleri Olaf Şolz iyunun əvvəlində Bundestaqda çıxış edərkən belə hava hücumundan müdafiə sistemlərini Ukrayna tərəfinə tədarük edəcəyinə söz vermişdi.

Əvvəlcə transfer noyabr ayına planlaşdırılmışdı. Qalan üç kompleksin Kiyevə yalnız gələn il göndəriləcəyi gözlənilir, konkret tarixlər isə hələ məlum deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə