Rusiyadan çıxdığını elan edən "Nissan" aktivlərini dövlətə verir

Rusiyadan çıxdığını elan edən "Nissan" aktivlərini dövlətə verir

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” 687 milyon dollar itirəcəyinə baxmayaraq, amma Rusiyadakı biznesini 1 avroya dövlət müəssisəsinə keçirəcəyini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Təbii ki, söhbət Sankt-Peterburqdakı “Nissan” zavodundan, eləcə də Moskvadakı satış və marketinq mərkəzindən gedir. Nissan Manufacturing Russia MMC-nin bu Rusiya aktivləri Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan FSUE NAMI dövlət şirkətinə veriləcək. Müqavilə “Nissan”a altı il ərzində biznesi almaq hüququ verəcək.

“Kommersant” yazır ki, “AvtoVAZ” Rusiyada “Nissan” avtomobillərinə xidmət göstərəcək və ehtiyat hissələri tədarük edəcək.

Qeyd edək ki, aktivlərin ötürülməsi “Nissan”ı Ukraynaya geniş miqyaslı işğalından sonra Rusiyanı tərk edən ən son şirkət edir. Müqavilə “Nissan”ın əsas səhmdarı, Fransa avtomobil istehsalçısı “Renault” tərəfindən imzalanmış müqaviləyə bənzəyirdi. Onun aktivləri Moskvaya, AvtoVAZ-dakı payı isə Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan NAMI-yə verilib.

Xatırladaq ki, Sankt-Peterburqdakı Nissan zavodu 2009-cu ildə avtomobil istehsalına başlayıb. 2021-ci ildə zavod istehsalını 17 faiz artıraraq 45 000 avtomobilə çatdırıb. Ötən il Rusiyada təxminən 51,5 min “Nissan” avtomobili satılıb və bazar payı 3,1faiz təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə