Rusiyada çağırışçılar niyə ölür?

Rusiyada çağırışçılar niyə ölür?

Penza vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili Yelena Roqova qismən səfərbərlik çərçivəsində çağırılan 41 yaşlı kişinin ölümü ilə bağlı məlumatı təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC yayıb.

Roqovanın sözlərinə görə, çağırışçının ölümünə səbəb "orqanizm funksiyalarından birinin kəskin pozulması" olub. Bu barədə ona hərbi hissənin komandiri məlumat verib.

Ombudsman başqa təfərrüatları açıqlamayıb, çünki səfərbərliyə çağırış haqqında məlumat məhdud çıxışı olan məlumatlara aiddir.

Qeyd edək ki, RBC-yə mesajında Roqova əvvəl dediklərini təsdiqləyi.

Oktyabrın 5-də “Penzaİnform” nəşri mənbəyə istinadən çağırışçının ölümü barədə məlumat yayıb.

Bundan əvvəl səfərbər edilmiş Krasnoyarsk sakini Omsk hərbi hissəsində həmkarı ilə münaqişədən sonra öldüyü bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə