NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Rusiyanın Ukraynadakı münaqişədə mümkün qələbəsi Şimali Atlantika Alyansının məğlubiyyəti olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Stoltenberqin sözlərinə görə, alyans Ukraynadakı münaqişənin bir hissəsi deyil, lakin onun dəstəyi “əsas rol oynayır”.
Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Ukrayna lideri Vladimir Zelenski ilə söhbətində “Ukraynaya dəstəyi lazım olduğu qədər gücləndirəcəyinə” söz vermişdi.
Ou da qeyd edək ki, sentyabrın 30-da Zelenski ölkənin NATO-ya sürətlə daxil olmaq üçün müraciət etdiyini açıqlayıb. Təşəbbüsü Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya dəstəkləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB