"Rusiyanı bu qərardan əl çəkməyə və diplomatiyaya qayıtmağa çağırırıq"

F.Sinirlioğlu BMT Baş Assambleyasının tarixi fövqəladə sessiyada yenidən toplandığını bildirib.
"Rusiyanı bu qərardan əl çəkməyə və diplomatiyaya qayıtmağa çağırırıq"

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq “Rusiyanın Ukraynanın şərqində qanunsuz referundum və ilhaq qərarını pisləyən” qətnamə layihəsinin aparıcılarından biri olacağını söyləyib.

Rusiya Təhlükəsizlik Şurasında Ukraynanın şərqində qanunsuz referendum və ilhaqı pisləyən qətnaməyə veto qoyduqdan sonra BMT Baş Assambleyası ötən həftə xüsusi iclas təşkil edib.

F.Sinirlioğlu BMT Baş Assambleyasının tarixi fövqəladə sessiyada yenidən toplandığını bildirərək deyib ki, bütün dünya müharibənin dayandırılmasını tələb edərkən, bu səhər (10 oktyabr 2022) bir daha şok xəbərə oyandıq. Rusiyanın Ukraynanın bir çox şəhərlərinə mülki əhalinin tələfatına səbəb olan hücumları dərin narahatlıq doğurur və qəbuledilməzdir. Bu xəbərlər qarşısında Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və mütstəqilliyinə güclü dəstəyimizi bir daha ifadə edirik.

Türkiyənin Rusiyanın Donetsk, Luqansk, Xerson və Zaporojyada keçirdiyi qanunsuz referendumları qəbul etmədiyini ifadə edən Sinirlioğlu bu addımın beynəlxalq hüququ ciddi şəkildə pozduğunu vurğulayıb:

"Ukrayna ərazisinin ilhaqı ilə bağlı qərar sülhə olan ümidləri daha böyük risk altına alacaq. Biz Rusiyanı bu qərardan əl çəkməyə və diplomatiyaya qayıtmağa çağırırıq".

Hər kəsin qaydalara əsaslanan beynəlxalq nizama ehtiyacı olduğunu, böhranların sülh yolu ilə həll edilməsinin lazım olduğunu və BMT Konvensiyasındakı prinsipləri qorumağın hər kəsin ortaq məsuliyyəti olduğunu vurğulayan Sinirlioğlu Türkiyənin bu həftə Baş Assambleyada səsə qoyulacaq “Rusiyanın Ukraynanın şərqindəki qanunsuz referundumları və ilhaq qərarını pisləyən” qətnamə layihəsinin aparıcılarından biri olacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə