Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransının VI sammitinə qatılmaq üçün sabah Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Ərdoğan Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayevlə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına sədrlik edəcək.
Müvafiq nazirlərin iştirakı ilə sabah keçiriləcək iclasda Türkiyə-Qazaxıstan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, Genişləndirilmiş Strateji Tərəfdaşlığın gücləndirilməsinin imkanları müzakirə olunacaq.
Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi də aparılacaq.
Prezident Ərdoğan oktyabrın 13-də keçiriləcək Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransının VI zsammitində dövlət və hökumət başçılarına müraciət edəcək və kitərəfli görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB