...Ötən gün erməni mətbuatı bir az bədbinliyə qapılaraq 2020-ci il Ermənistan üçün fəlakətli il olduğunu yazıb. Daha sonra da bu fəlakətin ölkədəki demoqrafik vəziyyətə də çox böyük mənfi təsir göstərdiyini bildirib. Amma erməni başbilənləri bunun üçün elə də narahat olmamağı məsləhət görüblər.
Çünki, erməni ekspertlər belə hesab edirlər ki, bu guya...ötəridir, yəni bu demoqrafik boşluqdan xüsusi hazırlanmış milli proqramla çıxmaq olar.
Hətta deyilənlərə görə, xüsusi hazırlanmış milli proqram hələ işə düşməmiş Ermənistanda əhalinin təbii artım göstəriciləri əvvəlki iki illə müqayisədə bir qədər də yaxşılaşıb.
Budur, Ermənistanın Milli Statistika Komitəsi ölkədə demoqrafik vəziyyətlə bağlı yeni məlumatlar dərc edib.
Belə ki, yanvar-sentyabr aylarında 22 964 uşaq doğulub, 18 554 nəfər ölüb. Bundan bağqa 10880 nikah bağlanıb, 2981 nikah isə pozulub.
Doğrudur, bu sahənin adamı olmasam da, amma...deyə bilərəm ki, elə də pis göstərici deyil(?), lakin erməni cəmiyyəti, özləri demiş, bundan da yaxşısına nail ola bilərlər.
Qeyd edim ki, bunu mən yox, demoqrafiya üzrə “tanınmış erməni eksperti” Mikael Malxasyan deyir. O, bunu hardan əldə etdiyini deməsə də, amma bu ilin ilk səkkiz ayında uşaq doğumunda 2,2 faiz azalma olduğunu bildirir.
Ekspert, hökumətin demoqrafik göstəricilərinin yaxşılaşdırılması ilə bağlı qəbul etdiyi proqramları da əsasən sosial-iqtisadi xarakter daşığını və inflyasiya fonunda uzunmüddətli ola bilməyəcəyini də gizlətmir.
Bundan əlavə, bəzi ekspertlər yaxın bir neçə ildə erməni əhalinin mənfi təbii artımını proqnozlaşdırırlar.
Qeyd edək ki, oxşar proqnozu BMT-nin hesabatında dərc olunub. Üstəlik, BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər Ermənistanda 2,7 milyon, 2100-cü ilə qədər isə 1,8 milyon insan yaşayacaq.
...Dağıl, dünya! Bax, burda deyiblər ey, işi gərək bacarana tapşırasan.
Yadınızda olar, o vaxt Serjik Sarkisyan dövlət başçısı olanda, BMT-nin acığına...erməni əhalisinin sayını 2050-ci ilədək 5 milyona çatdıracağı barədə öhdəlik götürmüşdü. İndi Serjik, bu öhdəliyi nə təhər nail olacaqdı...bax, bu onun öz “sekreti” idi. Amma ermənilər imkan vermədilər.
Sonradan, yəni Nikol Paşinyan da hakimiyyətə gələndən sonra o da öhdəlik götürdü: 2050-ci ilədək Ermənistan əhalisini 5 milyona çatdırmaq, 1,5 milyon yeni iş yeri yaratmaq, yoxsulluğu aradan qaldırmaq, orta əmək haqqını 7 dəfə artırmaq, sağlam həyat tərzini məqsəd qoymaq və ömür müddətini 90 ilədək artırmaq, dünyanın ən güclü ordusuna sahib olmaq və daha nələr, nələr...
...Amma belə görünür ki, bəzi başıpozuq ermənilər Serjik kimi, Nikola da bu arzularını reallaşdırmağa imkan verməyəcəklər..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB