Ukrayna mediası bütün ölkə ərazisində hava həyəcanı elan edib

Ukrayna mediası bütün ölkə ərazisində hava həyəcanı elan edib

...Bu gün, Moskva vaxtı ilə saat 09:00-a qədər bütün Ukraynada hava xəbərdarlığı elan edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Hava Alert Xəritəsi məlumat yayıb.

Səhər saatlarında Kiyevdə, Kiyev vilayətində, həmçinin Çerniqov, Vinnitsa, Xmelnitski, Odessa, Nikolayev, Jitomir, Poltava, Sumi vilayətlərində həyəcan təbili çalıb.

Ukrayna mətbuatı Vinnitsa vilayətində “Ladıjskaya İES”-ə hücumlar və Zaporojyedə infrastruktur obyektlərində partlayışlar barədə yazıb. Vinnitsadan verilən xəbərlərə görə, hücum edən pilotsuz aparatlardır.

Yerli dövlət administrasiyasının rəhbəri Sergey Borzov hücum barədə məlumat verib. O əlavə edib ki, hazırda bütün təcili yardım xidmətləri hadisə yerindədir.

erli icmalarda dronların üzərindən uçmasının görüntüləri də sosial mediada yerləşdirilib.

Bundan əlavə, Ukrayna KİV-i ölkənin bir sıra regionlarında - Zaporojye vilayətinin işğal olunmuş hissəsindən başlayaraq, həyəcan siqnalı bütün Ukraynanın şərqinə və mərkəzinə yayılıb.

Bundan əvvəl hərbi elmlər doktoru Konstantin Sivkov Rusiya Silahlı Qüvvələrinin dəqiq silahları ilə Ukraynanın infrastrukturuna zərbənin nümayiş xarakteri daşıdığını və növbəti dəfə onun “daha ​​ciddi obyektlərə” çatdırıla biləcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə