...Bu arada Çin və Hindistan da Rusiyanın 14 nəfərin ölümü(?), onlarla insanın yaralanması ilə nəticələnən Ukraynanı atəşə tutmasını pisləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi bütün ölkələrin suverenliyinə hörmətə layiq olduğunu bildirib və münaqişəni sülh yolu ilə nizamlanmaya çağırıb.
“... Pekin vəziyyəti həll etmək üçün konstruktiv rol oynamağa davam etməyə hazırdır”,-deyə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Hindistanın xarici işlər naziri Subrahmanyam Djayşankar da Ukraynaya qarşı kütləvi hücumu pisləyib. O vurğulayıb ki, Dehli açıq şəkildə Rusiya-Ukrayna münaqişəsinə qarşıdır və onun hamının - həm onun iştirakçılarının, həm də beynəlxalq ictimaiyyətin maraqlarına zidd inkişaf etdiyinə inanır.
Qeyd edək ki, Hindistan və Çin Rusiyaya sadiq ölkələr hesab edilirlər. (...işləri keçir...ona görə) Hər iki dövlət münaqişənin sülh yolu ilə həllinin vacibliyini bəyan edib, sanksiyaya-filana qoşulmayıblar (...dedim axı, işləri keçir...ona görə).
Ona görə ki, hər iki dövlət “Rusiyaya dost dövlət kimi” Kremldən, ruslar demiş, “skidkayla” neft və digər enerji resursları alırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB