AzMİU-da 3 gün davam edəcək beynəlxalq konfrans işə başladı - YENİLƏNİR
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı öz işinə başlayıb. SİA xəbər verir ki, 3 gün (11 – 13 oktyabr) davam edəcək konfrans AzMİU, "AMİR Technical Servises" şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Milli Məclisin üzvləri və müxtəlif dövlət qurumlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Kosmik Agentliyinin, Fövqəladə Hallar Nazirlyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və digər aidiyyatı təşkilat və müəssisələrin təmsilçiləri də konfransda iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB