Prezident Ərdoğan xalqa müraciət edib

Nazirlər Kabinetinin iclasından sonra
Prezident Ərdoğan xalqa müraciət edib

“Biz qlobal (iqtisadi) böhranın dağıdıcı təsirlərini minimuma endirməyə qadirik”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Qlobal iqtisadi böhran və təhlükəsizlik təhdidlərinin artdığı bir dövr keçirdiyimizə diqqət çəkən Ərdoğan “Bu ağrılı dövr təbii ki, ölkəmizə də təsir edir. Digər dövlətlərdən fərqli olaraq Türkiye uzun müddətdir məruz qaldığı hücumlar və tələlər səbəbindən təhlükələri qabaqcadan görmə gücünə malikdir. Diplomatiyada uzun müddət üzləşdiyimiz ədalətsizliklər və ikili standartlar bizə regional dalğalanmalarla bağlı konstruktiv və yeni siyasətlər təqdim edir. Biz qlobal böhranın dağıdıcı təsirlərini minimuma endirməyə qadirik”.

“Təbii qaz çənlərimizi 100 faiz doldurmaqla biz tələbatın mümkün artımlarına və gözlənilməz fasilələrə hazırlaşdıq”, -deyə dövlət başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə