Almaniyanın keçmiş kansleri Angela Merkel 2015 və 2016-cı illərdə baş vermiş qaçqın böhranı zamanı zorakılıq və təqib təhlükəsi altında olan 1,2 milyondan çox qaçqını və sığınacaq axtaran şəxsi qəbul etdiyinə görə "Nansen Qaçqın Mükafatı"na layiq görülüb. SİA xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində çıxış edən Merkel deyib: “Məncə, biz bu şərəfi ilk növbədə o vaxt işləməyə başlayan və vəziyyəti idarə etdikləri və uğur qazandıqları üçün təşəkkür etməli olduğumuz çoxsaylı insanlara borcluyuq”.
Mükafatı xeyirxah insanlara həsr etdiyini deyən Merkel rəsmilərə və qeyri-hökumət təşkilatlarına da təşəkkür edib.
Türkiyənin öz ölkəsindən uzağa getmək istəməyən çoxlu sayda qaçqına ev sahibliyi etdiyini deyən Merkel, “Türkiyə Yaxın Şərqdən gələn 3,8 milyon qaçqına ev sahibliyi edib” dedi. Merkel qaçqın böhranında Türkiyənin Almaniyadan daha böyük yükü öz üzərinə götürdüyünü, qaçqınların öz ölkələrinə təhlükəsiz şəkildə dönə bilmələri üçün davamlı həll yollarının tapılması lazım olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB