Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Londonun bir neçə hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq etməsindən sonra Britaniya səfiri Saymon Şerklif XİN-ə çağırılıb.

Görüşdə Böyük Britaniyanın İran İslam Respublikasının daxili işlərinə qarışmasına etiraz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə