Enerji böhranı bütün Avropanı bürüdü

Enerji böhranı bütün Avropanı bürüdü

Avropa dövlətləri isinmək üçün müxtəlif yollara əl atsalar da, enerji böhranının öhdəsindən gəlmək üçün hələ də dəqiq həll yolu tapmayıblar. SİA xəbər verir ki, "Bloomberg" xəbər kanalında yer alan təhlildə Avropanın isinmək üçün meşə məhsullarına müraciət etdiyi qeyd edilib.

Avropa enerji böhranının məngənəsindədir. Çözüm üçün hər cür cəhd edilir, lakin havaların soyumağa başladığı bu günlərdə hələ də çarə tapılmayıb. Qara qış yaxınlaşır, Avropa panikadadır. Enerji böhranı ilə mübarizə üçün qənaət tədbirləri artırılsa da, tədbirlərin qışı keçmək üçün kifayət etməyəcəyi proqnozlaşdırılır. İndi qış aylarından çıxmaq üçün hər bir alternativ masa üzərindədir.

“Ümidsiz avropalılar isitmək üçün dünyanın ən qədim yanacağına üz tutur” başlıqlı xəbərdə Fransada odun qiymətlərinin iki dəfə artaraq tonunun 600 avroya çatdığı qeyd edilib. Macarıstanın odun ixracına qadağa qoyulması istiqamətində addımlar atdığı, Rumıniyanın isə 6 ay ərzində odun qiymətlərinə məhdudiyyətlər qoyduğu vurğulanıb. Təhlildə bildirilirdi ki, isitmə və digər əsas ehtiyaclar arasında seçim etməli olacaq avropalıların sayı hər keçən gün artacaq. Xəbərdə avropalıların panika içində soba və odun almağa başladığı diqqət çəkib. Bildirilib ki, tələbat çox olduğundan sobaların çatdırılması aylar çəkə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə