Pakistanda sel fəlakətində ölənlərin sayı 1700-ə, yaralıların sayı isə 12867-yə çatıb. SİA xəbər verir ki, həyatını itirənlərdən 632-nin uşaq, 340-nın qadın olduğu və Sind əyalətində 747 nəfərin, Bəlucistanda 336 nəfərin, Hayber Paxtunxva əyalətində 308 nəfərin və Pəncab əyalətində 221 nəfərin olduğu bildirilib.
Pakistan Milli Fəlakət İdarəsi Agentliyi açıqlamasında bildirilib ki, 2 milyon 48 min 789 ev dağılıb, ən azı 1 milyon 100 min heyvan tələf olub. Daşqın nəticəsində Pakistana dəyən zərərin 40 milyard dollar olacağı təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB