“Mən Rusiya vətəndaşlığından imtina etdim!”

“Mən Rusiya vətəndaşlığından imtina etdim!”

Biznesmen Yuri Milner sosial şəbəkələrdə Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.

“…Mən və ailəm 2014-cü ildə Rusiyanı həmişəlik tərk etdik. Və bu yay biz Rusiya vətəndaşlığımızdan imtina prosesini rəsmən başa çatdırdıq”, ..bunu Milner yazıb.

“Forbes”in məlumatına görə, Milner son aylarda ölkə vətəndaşlığından imtina edən 15 ən yaxşı rus sahibkarı arasında üçüncü iş adamı olub.

Qeyd edək ki, hələ aprelin ortalarında Milner onu bir daha rus milyarderi adlandırılmamağı xahiş edib. Onun rəsmi saytında Milnerin israilli investor olduğu bildirilir. İş adamının sözlərinə görə, o, 8 ildir ki, Rusiyada olmayıb və onun Rusiyada heç bir əmlakı qalmayıb.

Xatırladaq ki, bundan əvvəl “Vkontakte” şəbəkəsinin və Telegram messencerinin yaradıcısı Pavel Durov da analoji sorğu ilə çıxış edib. O, həmçinin rusiyalı milyarder kimi təqdim edilməməsini istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə