Venesuelanın şimalında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 36 nəfər ölüb, daha 56 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos bildirib. “Təəssüf ki, indiyə qədər bizdə 36 ölü var və 56 nəfər itkin düşmüş hesab olunur”, - o qeyd edib.
Nazirin açıqlamaları Daxili İşlər Nazirliyinin "tviter" səhifəsində dərc olunub.
Qeyd edək ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB