Tayvanda 5,7 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,7 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Xidməti Filippin dənizində, Tayvanın Hualien şəhərindən 69 kilometr şərqdə 5,7 bal gücündə zəlzələ baş verdiyini bildirib. SİA xəbər verir ki, zəlzələnin 17,9 kilometr dərinlikdə baş verdiyini qeyd edilib. Tayvan Meteorologiya Bürosunun verdiyi açıqlamada zəlzələdə ölən, yaralanan və dağıntı olmadığı, zəlzələnin Tayvanın paytaxtı Taypey də daxil olmaqla şimal, mərkəzi və şərq bölgələrində hiss olunduğu bildirilib.

Qeyd edək ki, 2016-cı ildə Cənubi Çin dənizində iki tektonik plitənin qovşağında yerləşən Tayvanda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə baş verən 7,3 bal gücündə zəlzələdə isə 2000-dən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə