ABŞ rusdilli hakerlər tərəfindən problemlə üzləşib. SİA xəbər verir ki, CNN-də yer alan məlumata görə, bu səhər Atlantadakı Hartsfield-Jackson Beynəlxalq Hava Limanı da daxil olmaqla, ölkənin müxtəlif bölgələrindəki 14 ictimai hava limanının internet saytına daxil olmaq mümkün olmayıb.
Ölkədə səyahət axınında heç bir fasilə yaratmayan bloklamaya görə rusdilli hakerlərin məsuliyyət daşıdığı bildirilib. ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin Baş Qərargah rəisi Kiersten Todt, "Aydındır ki, biz bu hücumları izləyirik və bunun əməliyyatları pozacağından narahat deyilik" ifadəsini işlədib. ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının da məsələni yaxından izlədiyi və hava limanında tərəfdaşları ilə birlikdə çalışdığı açıqlanıb.
Bildirilib ki, “Killnet” kimi tanınan haker qrupu Rusiyanın Ukraynanı işğal etmək cəhdindən sonra fəaliyyətini artırıb, Kremlə siyasi dəstək verir, lakin onun Moskva ilə əlaqəsinin olub-olmadığı məlum deyil. Sözügedən qrup iyul ayında ABŞ Konqresinin internet saytını qısa müddətə blokladıqdan sonra gündəmə gəlib. "Killnet" bu effektiv, lakin qısamüddətli hücumlarda "paylanmış xidmətdən imtina" kimi tanınan kiberhücum texnikasından istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB