Bayden də Zelenskiyə söz verdi...

Bayden də Zelenskiyə söz verdi...

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi axşam ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyini bildirib.

“ABŞ prezidenti Cozef Baydenlə məhsuldar söhbətim oldu. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. Bu gün hərbi əməkdaşlığımızda bu, bir nömrəli prioritetdir”, - SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Zelenski bu barədə Telegram kanalında yazıb.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edib ki, bura digərləri ilə yanaşı, 18 ədəd HIMARS reaktiv yaylım atəş sistemi və 150 ​​Humvee zirehli yolsuzluq avtomobili, həmçinin 150 taktiki yedək maşını, radar və pilotsuz uçuş aparatları, döyüş sursatları və hava hücumundan müdafiə sistemləri daxildir.

Beləliklə, Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatı başlayandan bəri Amerikanın Kiyevə yardımının ümumi həcmi 16,2 milyard dollara, Baydenin prezidentliyinin əvvəlindən isə 16,9 milyard dollara çatıb.

... Amma... Ukrayna hələ də Sovet dövründən qalma silahlardan istifadə edərək raket və hava zərbələrini dəf etməyə məcburdur.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Facebook-da yazıb.

O, bu gün saat 10:20-11:00-a olan vəziyyəti nümayiş etdirərək, Rusiya Federasiyasının işğalçı dövlətinin Ukrayna ərazisinə endirdiyi hava və raket zərbələrinin diaqramını yerləşdirib.

...Düşmən havadan, dənizdən və qurudan qanadlı raketlərdən, ballistik raketlərdən, zenit raketlərindən, “Şahed-136” kəşfiyyat və hücum PUA-larından və sursatlardan istifadə edib.

Eyni zamanda, Zalujnı qeyd edib ki, “biz sovet dövründən qalma silahlardan istifadə edərək, bu hücumları dəf etməyə məcburuq, üstəlik, bizdə kifayət qədər miqdarda silah yoxdur.

Avropa ittifaqıdan dedilər axı...yoldadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə