Daha bu qədər də yox də...

Türkmənistan hakimiyyəti 1,2 milyard İP ünvanını bloklayıb ki, bu da dünyada mövcud olanların üçdə birini təşkil edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Turkmen.News xəbər verir.

Portalın məlumatına görə, insident Aşqabadın ölkədə bütün dünyadan təcrid olunmuş internet yaratmaq planı ilə bağlıdır. Türkmənistan hakimiyyətinin bu niyyəti 2022-2025-ci illər üçün dövlətin kibertəhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramında öz əksini tapıb. \

“Turkmen.News” xatırladıb ki, Aşqabad əvvəlcə türkmən rejimi ilə bağlı neqativ məlumatların yer aldığı saytları bloklayıb. Lakin zaman keçdikcə digər portallar da buna məruz qalmağa başlayıb.

Xüsusilə də Türkmənistanda bütün populyar ani messencerlər fəaliyyətini dayandırıb. Eyni zamanda, 2021-ci ilin payızına qədər ölkə sakinləri “VPN”-dən istifadə edərək blokdan yan keçə bildilər, lakin sonra Aşqabad bu xidmətləri də götürdü. Üstəlik, bir “VPN “aşkar edildikdə, təhlükəsizlik xidmətləri onun yerləşdiyi bütün şəbəkəni dərhal bağlayır.

Bununla bağlı Türkmənistanda da bu xidmətlər faktiki olaraq fəaliyyətini dayandırıb.

…Deyirəm, Allah bizim o Məhəmməd ağa Şahtaxtinskini (1846-1931) qəni-qəni rəhmət eləsin! Çarın Peterbuqrdakı senzoru Solovyovla söhbətini xatırlatdı mənə… Doğrudan da, dəyərli kişilərimiz olub.

Uzun söhbətdir…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə