İsveçrə hökuməti Rusiyanın Ukraynadakı mülki yaşayış məntəqələrinə raket hücumlarını pisləyib. SİA xəbər verir ki, İsveçrə Konfederasiyasının prezidenti İqnazio Kassis "tvitter" hesabında "İsveçrə olaraq Rusiyanı bu hücumları dayandırmağa çağırırıq" yazısında "hücumları şiddətlə qınadığını" bildirib.
Kassis mülki şəxslərin beynəlxalq insan haqları hüququna uyğun olaraq müdafiə edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiyanın raket hücumları oktyabrın 8-də Rusiyanı 2014-cü ildə qeyri-qanuni ilhaq edilmiş Krımla birləşdirən Kerç körpüsündə baş verən partlayışdan sonra baş verib. Rusiya prezidenti Vladimir Putin Ukrayna kəşfiyyatını Kerç körpüsündə “terror aktı” törətməkdə ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB