AB ölkələri son 6 ayda enerji idxalına 380 milyard avro xərcləyib

AB ölkələri son 6 ayda enerji idxalına 380 milyard avro xərcləyib

Avropa Birliyi ölkələri bu ilin birinci yarısında 380 milyard avro enerji idxal edib. SİA xəbər verir ki, Şarl Mişel “Aİ-nin indi real Enerji Birliyinə ehtiyacı var” başlıqlı məqalə yazıb.

Rusiya prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibə ilə Avropaya "enerji raketi" atdığını bildirən Mişel, Putinin Avropa iqtisadiyyatını məhv etmək, cəmiyyətini zəiflətmək və mənəviyyatsızlaşdırmaq istədiyini bildirib. Mişel "Əsl Enerji İttifaqına təcili ehtiyac var" fikirlərini səsləndirib.

Mişel qeyd edib ki, Aİ ölkələrinin enerji sahəsində ticarət kəsiri 2022-ci ilə qədər iki dəfə artaraq ÜDM-in təxminən 5 faizini təşkil edəcək. Üzv dövlətlərin hökumətlərinin enerji böhranı qarşısında ev təsərrüfatlarını və müəssisələri qorumaq üçün dövlət xərclərini artırdığını xatırladan Mişel, "Bu maliyyə səyinin hazırda yarım trilyon avro olduğu təxmin edilir və sürətlə artır”-deyib.

Mişel, üzv ölkələrin enerji böhranında birlikdə hərəkət etmələrinin əhəmiyyətinə diqqət çəkərək, "Mən əsl Enerji Birliyinə çağırıram" ifadəsini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə