Almaniya “Şimal axını”nda baş verən partlayışlarla bağlı düyməni basdı
Almaniya Baltik dənizində “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaya başladığını açıqlayıb. SİA xəbər verir ki, Federal Baş Prokurorluğun ölkə mətbuatına verdiyi açıqlamada, iki təbii qaz boru xəttinin ən azı iki partlayış nəticəsində qəsdən zədələnməsinə dair kifayət qədər konkret göstəricilərin olduğu bildirilib. Açıqlamada hadisənin xüsusi əhəmiyyətinə görə Federal Prokurorluğun təhqiqatı üzərinə götürdüyü, enerji təchizatına ciddi hücumun olduğu və bunun Almaniyanın daxili və xarici təhlükəsizliyinə təsir göstərə biləcəyi bildirilib.
Qeyd edək ki, sentyabrın 26-da baş verən partlayışlar nəticəsində "Şimal axını 1"in iki xətti və "Şimal axını 2"nin A xəttində təzyiq azalıb, təbii qaz sızması yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB