Ukraynaya getməyin!

Hollandiya hakimiyyəti Ukraynaya səyahət tövsiyələrini düzəldib və öz vətəndaşlarını onlardan tamamilə imtina etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məlumat bazar ertəsi Niderland Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Məsələ bundadır ki, səyyahlar üçün xəritədə bütün Ukrayna indi qırmızı rəngdədir. Bu o deməkdir ki, səfərlər heç bir halda tövsiyə edilmir. Əvvəllər ölkənin bəzi hissələri narıncı rəngə boyanırdı, yalnız çox zəruri hallarda səyahət etməyi tövsiyə edirdi.

...Bütün Ukraynada, o cümlədən Kiyevdə təhlükəsizlik vəziyyəti pisləşib, - nazirlik bildirib: “Ukraynaya getməyin, bu ölkədə olanlar isə mümkün qədər tez ölkəni tərk etsin. Tıxacları nəzərə alın. Vəziyyətinizdən və niyyətinizdən asılı olmayaraq Ukraynaya səfər etməyin”.

Nazirlik xəbərdarlıq edib ki, Ukraynaya getməyə qərar verənlərə problem yaranarsa, kömək göstərə bilməyəcək.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ukraynada hərbi komandanlıq, enerji və kommunikasiya obyektlərinə kütləvi zərbə endirildiyini elan edib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Poltava, Lvov, Sumı, Xarkov və Ternopil vilayətlərində elektrik enerjisinin verilmədiyini bildirib. Ölkənin qalan hissəsində işıqların qismən kəsilməsi qeydə alınıb. Ukraynalı ekspertlərin fikrincə, nəticələrin aradan qaldırılması bir neçə gün çəkəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə