Ukrayna general Surovikini axtarışa verib

Ukrayna general Surovikini axtarışa verib

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasındakı komandiri general Sergey Surovikini axtarışa verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yazır.

Qeyd olunur ki, axtarışa 2022-ci il martın 14-də başlanılıb, Surovikin “ibtidai istintaqdan gizləndi” kimi siyahıya alınıb.

Departamentdə o, Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə ittiham olunur. Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti 700-dən çox rusiyalı məmuru axtarışa vermişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ediliblər.

Qeyd edək ki, bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı da iş açıb.

...Bu açıqlamadan sonra İstintaq Komitəsinin müvafiq reaksiyası olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə