Rusiya “vəhşilik və hərbi cinayətlərə” görə məsuliyyət daşıyır

Rusiya “vəhşilik və hərbi cinayətlərə” görə məsuliyyət daşıyır

ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hədəflərə kütləvi zərbə endirməsini pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

“Hazırkı hücumlar yalnız Ukrayna xalqının yanında olmaq öhdəliyimizi gücləndirir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Rusiyaya təcavüzünə görə xərclər qoymağa davam edəcəyik”, - deyə Bayden bildirib. Amerika lideri həmçinin əlavə edib ki, Rusiya “vəhşiliklər və hərbi cinayətlərə” görə məsuliyyət daşıyır.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti “Putin və Rusiyanı hesaba çəkməyə”, eləcə də “Ukrayna qüvvələrinə lazım olan dəstəyi təmin etməyə” qərarlıdır.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Yair Lapid də Ukrayna ərazisinə endirilən raket zərbələrini pisləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə