Tayvan prezidenti Tsai İnq-ven materik Çinlə silahlı qarşıdurmanı mümkün hesab etmədiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC məlumat yayıb.
“...Pekin hakimiyyətinə vurğulamaq istəyirəm ki, silahlı qarşıdurma hər iki tərəf üçün qətiyyən seçim deyil”-deyə Tsai İnq-ven bildirib.
O, bununla yanaşı ÇXR-i respublikanın Çin hakimiyyəti tərəfindən tanınmayan “suverenliyinə və demokratiyasına” hörmət etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri ərəfəsində Çin silahlı qüvvələri Tayvan sahillərində atışma təlimi keçirib. Tayvan administrasiyası isə döyüş hazırlığının səviyyəsini yüksəltməklə cavab verdi.
Xatırladaq ki, sentyabrın sonunda Çinin xarici işlər naziri Vanq Yi BMT Baş Assambleyasında Pekinin Tayvanın materik Çinlə sülh yolu ilə birləşməsinə çalışmağa davam edəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB