Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında enerji məsələləri ilə bağlı görüş keçirdiyini bildirib. O, ölkə əhalisini elektrik enerjisinə qənaət etməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Prime” yazır.
Zelenski, görüşdə həmkarları ilə Ukrayna şəhərlərində enerji təchizatı və rabitənin bərpası məsələlərini müzakirə etdiyini bildirib.
Prezident ölkə əhalisini “saat 17:00-dan 22:00-a qədər elektrik enerjisi istehlakını azaltmağa” çağırıb.
Bu arada “İzvestiya” xəbər verir ki, Ukrayna prezidentinin ofisi aydınlaşdırıb ki, bu müddət ərzində enerji sistemində maksimum yük qeydə alınıb.
“Bu gün enerji istehlakını mümkün qədər azaltmaq lazımdır ki, bütün ölkə bu çətin gündən sağ çıxsın”, - bunu ofisdən bildiriblər.
Ukraynanın Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul da öz növbəsində sənaye müəssisələrinin rəhbərlərini enerjitutumlu avadanlıqları söndürməyə və işçiləri evlərinə buraxmağa çağırıb.
Siyasətçi şəhərdə küçə işıqlarının qismən sönəcəyini, elektrik nəqliyyatının məhdud rejimdə işləyəcəyini izah edərək sakinlərdən mənzillərində qalmağı xahiş edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB