Ruslara yardım edənləri də cəza gözləyir...

Avropa Komissiyasının rəhbəri fon der Leyen: “Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün “boşluqları” bağlayır”
Ruslara yardım edənləri də cəza gözləyir...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının səkkizinci anti-Rusiya sanksiyalar paketinin üçüncü ölkələrə və onlardan yan keçməkdə Moskvaya yardım edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Tallində keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbərinin Twitter-də yayımladığı bəyanatda bildirib.

“...Bizim artıq səkkiz sanksiya paketimiz var və onların hər biri ilə biz hansı boşluqların və sanksiyalardan qaçmağın yollarının nə olduğunu başa düşdük və sonra yeni paketlərin qəbulu ilə onları bağladıq” –deyə fon der Leyen bildirib.

O, daha sonra qeyd edib ki, məsələn, Avropadan Rusiyaya sanksiyalara məruz qalan mallar tədarük edən üçüncü ölkələr və onların şəxsləri Brüsselin məhdudiyyətləri altına düşə bilər.

Qeyd edək ki, oktyabrın 6-da Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlərə 7 milyard avro dəyərində Rusiya mallarının idxalına qadağa, Rusiya kömürünün ixracı, silahlar üçün elektron komponentlər, aviasiya və kimyəvi maddələr üçün texniki məhsullar daxildir.

...Daha əvvəl Avropa İttifaqı Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano, Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqi üçün növbəti addımları nəzərdən keçirdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə