Böyük Britaniya və ABŞ təyyarələri Ukrayna sərhədində?..

Ukraynaya zərbə endirdikdən sonra London strateji kəşfiyyatı havaya qaldırdı
Böyük Britaniya və ABŞ təyyarələri Ukrayna sərhədində?..

“Flightradar24”-ün məlumatına görə, Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə kütləvi zərbəsindən sonra Ukrayna sərhədlərinə “Boeing RC-135W” kəşfiyyat təyyarəsini göndərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 15:00 radələrində Ukrayna sərhədlərinə qalxıb və hazırda Moldovanın cənub-qərb sərhədi boyunca uçuşunu davam etdirir.

Eyni zamanda, planlı kəşfiyyat uçuşu həyata keçirən ABŞ-ın “RQ-4B Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsi Krımın cənub hissəsi yaxınlığında Qara dəniz üzərində uçur.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi oktyabrın 10-da “Ukraynaya kütləvi zərbə endirmək məqsədinə nail olunduğunu” elan etmişdi. Zərbənin hədəfinə nail olunduğu, təyin olunmuş bütün obyektlərin vurulduğu dəqiqləşdirilir.

Qeyd edək ki, oktyabrın 10-da səhər saatlarında Ukrayna mətbuatı Kiyevdə və Kiyev vilayətində partlayışlar barədə xəbərlər yaymağa başlayıb. Xarkov, Dnepropetrovsk, Odessa, Lvov və Lvov vilayəti, Ternopil, İvano-Frankovsk, Xmelnitski, Konotop, Rivne və Poltava vilayətlərinə də raket zərbələri endirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə