Lukaşenko Zelenskini hədələyib?..

Lukaşenka Rusiya Federasiyası və Belarusun “regional qoşun qruplaşmasının yerləşdirilməsi”ni elan edib...
Lukaşenko Zelenskini hədələyib?..

Oktyabrın 10-da Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə “birgə regional qoşun qrupunun yerləşdirilməsi” barədə razılığa gəldiyini açıqlayıb. SİA əldə etdiyi xəbərə görə, bu barədə “BelTA” dövlət agentliyi Lukaşenkonun təhlükəsizlik məsələləri üzrə görüşünə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra qoşunların yerləşdirilməsi ilə bağlı razılaşmalar əldə olunub. Bununla yanaşı, Moskva və Minsk Belarusa 1,5 milyard dollar kredit ayırmağa razılaşıblar.

“İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarusun regional qruplaşmasının yerləşdirilməsinə razılaşdıq... Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, biz Birlik dövlət qruplaşmasından istifadə etməyə başlayacağıq”, -deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, bu qruplaşmanın əsasını Belarus ordusu təşkil edəcək və qruplaşmanın formalaşması iki gündür ki, davam edir. O, həmçinin tezliklə Belarusa “mindən çox” rus hərbçisinin gələcəyini də təsdiqləyib və Belarus Müdafiə Nazirliyinə “bu adamları qəbul edib, planımıza uyğun olaraq lazımi yerdə yerləşdirməyi” tapşırıb.

Onun sözlərinə görə, bu qruplaşmanın əsasını Belarus ordusu təşkil edəcək və qruplaşmanın formalaşması iki gündür ki, davam edir. O, həmçinin tezliklə Belarusa “mindən çox” rus hərbçisinin gələcəyini təsdiqləyib və Belarus Müdafiə Nazirliyinə “bu adamları qəbul edib, planımıza uyğun olaraq lazımi yerdə yerləşdirməyi” tapşırıb.

Rusiya-Belarus qruplaşmasının elanı bazar ertəsi səhər Ukraynanın irimiqyaslı atəşə tutulmasından dərhal sonra edilib. Ukrayna Baş Qərargahı bildirib ki, hücumlarda 83 raketdən əlavə, “Krım və Belarus ərazisindən buraxılmış” 17 “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan istifadə edilib.

Lukaşenka pilotsuz təyyarələrin Belarus ərazisindən buraxılması ilə bağlı məlumatı təsdiqləməyib, lakin yenə də Ukraynanı Belarusa hücum hazırlamaqda ittiham edib. Qeyd edək ki, Lukaşenko oxşar bəyanatı yazda, müharibənin əvvəlində vermişdi. O,bu dəfə birbaşa Ukrayna prezidenti Vladimir Zelenskini və bütün Ukrayna rəhbərliyini hədələyib: “...Dünən qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbələr endirilməsi ilə bağlı xəbərdarlıq edildi. Deyildiyi kimi: “Biz elə edəcəyik ki, Krım körpüsü - 2 olsun." Cavabım sadə idi: onlar hələ də mövcuddur. Kirli əlləri ilə ərazimizin heç olmasa bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək. Bu, sizin funksiyanızdır, bunu sizin üçün sifariş hesab edin”, - deyə Lukaşenko təhlükəsizlik qüvvələrinə müraciət edib.

Qeyd edək ki, Lukaşenko uzun müddət idi ki, Belarusun Rusiya ilə Ukrayna arasındakı müharibədə iştirak etmədiyini, yalnız Rusiya qoşunlarının tranziti üçün öz ərazisini təmin etdiyini və yaralı hərbçilərə yardım göstərdiyini bəyan edirdi. Lakin oktyabrın 4-də o, Belarusun müharibədə iştirakını rəsmən tanıyıb. “Biz orada heç kimi öldürmürük və hərbçilərimizi heç yerə göndərmirik”.

Xatırladaq ki, hələ sentyabrın 21-də Belarus Təhlükəsizlik Şurası da hələlik səfərbərliyə ehtiyac olmadığını, çünki qoşunlar “sülh dövrünün şəxsi heyəti” ilə cavab verməyə hazır olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə