Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi axtarışa verib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasının məlumatları sübut edir.
Saytda yayılan məlumata görə, Medvedyevə qarşı Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi (“Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına təcavüz”) ilə ittiham irəli sürülüb.
Beləliklə, o, “ibtidai istintaq orqanları” tərəfindən axtarışa verilib.
Qeyd edək ki, bundan əvvəl Medvedev Moskvanın gələcək məqsədi kimi Kiyevdəki siyasi rejimin tamamilə sıradan çıxarmaq olacağını demişdi. Onun sözlərinə görə, hazırda “nasist siyasi rejimi” olan Ukrayna Rusiya üçün daimi təhlükə yaradacaq ki, bu da birbaşa və aşkar olacaq.
Qeyd edək ki, bundan bir müddət əvvəl Vladimir Putin Kiyevə edilən kütləvi hücumları şərh edib. Onun sözlərinə görə, bu, Müdafiə Nazirliyinin təklifi və Rusiya Federasiyası Baş Qərargahının planına əsasən edilib. Putin bildirib ki, zərbələr uzaqmənzilli dəqiq idarə olunan hava, dəniz və qurudan silahlarla endirilib. Rusiya lideri vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin məqsədi enerji infrastrukturu, hərbi komandanlıq və rabitə vasitələridir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ukraynanı Rusiya ərazisində terror aktları hazırlamaqda və törətməkdə ittiham edib. Digər məsələlərlə yanaşı, Putin deyib ki, Ukrayna xüsusi xidmət orqanları Qara dənizin dibi ilə “Türk axını” qaz kəmərini zədələməyə çalışıb, lakin buna nail ola bilməyiblər. Putinin sözlərinə görə, əvvəllər Ukrayna Təhlükəsizlik Xidməti “Kursk AES-ə qarşı 3 terror aktı törədib” – o izah edib ki, söhbət elektrik xətlərinin partladılmasından gedir. Putin həmçinin Ukraynanı Krım körpüsünü alt-üst etməkdə ittiham edib. Rusiya prezidentinin sözlərinə görə, “Kiyev özünü ən iyrənc terror qrupları ilə bərabər tutdu”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB