Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kollektiv Qərbi Ukrayna böhranını yanlış oxuduqlarına görə tənqid edib. Onun sözlərinə görə bu, ərzaq təhlükəsizliyi ilə bağlı artan narahatlığı daha da artırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Hürriyet” qəzeti xəbər verir ki, bunu dövlət başçısı Ankarada çıxışı zamanı deyib.
“...Son 50-60 ildə ən yüksək həddə çatan inflyasiya səviyyəsi hamını, o cümlədən Qərb ölkələrinin sakinlərini çətin vəziyyətdə qoyub. Ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Praqada keçirilən son sammitdə liderlərin bu qışdan necə çıxacağı ilə bağlı suallarını dinlədik”- deyən siyasətçi Türkiyənin belə problemlərinin olmadığını qeyd edib.
Onun sözlərinə görə, Qərb siyasətçiləri yalnız bugünkü problemləri həll etmək barədə düşünürlər, buna görə də Ukrayna ilə Rusiya arasında münaqişənin nə ilə nəticələnəcəyini proqnozlaşdıra bilmirlər.
Ərdoğan dünyanı radikal siyasi dəyişikliklər gözlədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə və Ukraynanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kulebanın telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB