NATO-nun baş katibi Yens Stoltenberq öz Twitter səhifəsində Rusiyanın Ukraynanın infrastruktur obyektlərinə kütləvi raket hücumunu pisləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, O, alyansın Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib. Yens Stoltenberq izah edib ki, bazar ertəsi, oktyabrın 10-da Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə telefon danışığı olub.
NATO-nun baş katibi Rusiyanın infrastruktur obyektlərinə raket hücumlarını pislədiyini bildirib. Bundan əlavə, o, "cəsarətli Ukrayna xalqına" davamlı dəstəyi vəd edib.
O əlavə edib ki, təşkilat Kiyevə “lazım olduğu qədər” yardım göstərəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB