ABŞ-ın paytaxtı Vaşinqtonda keçmiş prezident Donald Trampa dəstək aksiyasına cəmi 27 nəfərin qatıldığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, konqres binası ərazisində keçirilən aksiyada iştirak edən 27 nəfərdən ikisi mühafizəçidir.
Tədbirin təşkilatçısı Con Pol Moran "Biz daha çox insanın olmasını istərdik, amma məncə, bu da bir uğurdur",- deyib.
Mitinqin təşkilatçıları və iştirakçıları marağın az olmasının səbəbini dəvət poçtlarının spam qovluqlarına getməsi və tədbirin həftəiçi olması ilə əlaqələndirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB