Dərman 66 uşağın həyatına son qoydu

Dərman 66 uşağın həyatına son qoydu

Qambiyada öskürəyə qarşı dərmanlar 66 uşağın həyatına son qoyub. SİA xəbər verir ki, Qambiya prezidenti Adam Barrou bu dərmanları satan apteklərin və idxalçı şirkətin lisenziyalarının dayandırılması barədə əmr verib.

Polis məsələ ilə əlaqədar Narkotiklərlə Mübarizə İdarəsinin yüksək rütbəli məmurlarını dindirir.

Sözügedən dərman vasitələri parasetamol əsaslı öskürək preparatları “Kofexmalin”, “Makoff” və “Magrip N” soyuq siropu, həmçinin oral prometazin məhluludur.

Qeyd edək ki, oktyabrın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanların böyrək çatışmazlığına səbəb ola biləcək dərmanlar kimi istifadəsinin təhlükəsi ilə bağlı xəbərdarlıq edib. ÜST qeyd edib ki, bu dərmanlar Hindistan şirkəti “Maiden Pharmaceuticals Ltd” tərəfindən istehsal olunur. Onlarda “qəbuledilməz miqdarda dietilen qlikol və etilen qlikol” aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə