Koronavirusa ümumi yoluxma 16 milyon 896 min 522 nəfər təşkil edib - Türkiyədə
Türkiyənin Səhiyyə Nazirliyi 9-25 sentyabr 2022-ci il tarixlərini əhatə edən “Türkiyə Həftəlik Covid-19 Cədvəli”ni açıqlayıb. SİA xəbər verir ki, bu həftə 22 min 729 hadisə ortaya çıxıb, 40 nəfər həyatını itirib, 18 min 15 nəfər sağalıb.
Türkiyədə ümumi yoluxma sayı 16 milyon 896 min 522, ölənlərin sayı isə 101 min 179-a çatıb. 12-18 sentyabr tarixləri arasında həftəlik yoluxma sayı 21 min 411, ölənlərin sayı 71, sağalanlar sayı 17 min 647 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB